Fermentlərin sürətləri ilə əlaqədar əhəmiyyətli bir görüş

image

Fermentlərin sürətləri ilə əlaqədar olaraq edilən ən təəccüblü araşdırmalardan biri Şimali Kaliforniya Universitetindən biokimya, biofizik və kimya professoru olan, eyni zamanda Milli Elmlər Akademiyası üzvü olan Dr. Richard Wolfenden tərəfindən edilmişdir. Wolfendenin 1998-ci ildə etdiyi şərh, fermentlərin fövqəladə sürətini daha yaxından anlaya bilmək baxımından əhəmiyyətlidir. Wolfenden, daha əvvəlki araşdırmalarında DNT və RNT-nin quruluş daşlarını meydana gətirən ən fundamental strukturların bioloji reaksiyalarının suda, fermentlərin olmadığı səbəbindən katalizə edilməyən bir mühitdə 78 milyon il davam edəcəyini hesablamışdı. Ancaq sonrakı kəşfi çox daha çaşdırıcıdır. Bunu bu şəkildə açıqlayar:
İndi isə bundan 10.000 qat daha ağır olanını tapdıq. (Bu yeni reaksiyanın reallaşması üçün) lazım olan yarı zaman -reaksiyaya girəcək maddənin yalnız yarısının sərf olunmasına çatacaq qədər zaman- 1 trilyon ildir. Bu ədəd, kainatın yaşından 100 dəfə daha çoxdur. Fermentlər isə bu reaksiyanı 10 milisaniyədə reallaşdıra bilir.


Volfenden, İngiltərədəki Sheffild Universitetindən Çetan Ləd və Nikolas H. Villiams ilə birlikdə bu yeni kəşfini 29 Aprel 1998-ci ildə Milli Elmlər Akademiyasının internet səhifəsində nəşr etdi.
Volfendenin diqqət çəkdiyi ferment fosfataz fermenti idi. Fosfataz fermentinin katalitik gücü, fosfat monoesterləri adı verilən müəyyən bir qrup kimyəvi maddənin suda reaksiya sürətini fövqəladə səviyyədə artırırdı. Bu monoesterlər üzərində çalışan fosfataz fermentləri, hüceyrələr arasındakı əlaqələri və hüceyrə siqnallaşma yollarını təşkil etməkdə idi. volfenden, esterlerin əhəmiyyətini bu şəkildə açıqlayır:
Bədənin hər cür funksiyası üçün hüceyrələrimizin içində gəzib dayanan esterlərə sahibik. Hər cür hüceyrə siqnallaşma əməliyyatını, bir fosfataz fermentinin fosfat monoesterlərini parçalaması əməliyyatı izləyər. Digər fosfatazlar da nişastadan karbonhidratları toplayar və hormonlarla siqnal mesajında bir rol oynayarlar.


Volfenden, qarşılaşdığı bu böyük görüş qarşısındakı qarışıqlığını bu şəkildə ifadə etmişdir:
Bu hesabatda ifadə etdiyimiz fermentlər gerçək mənada ovsunlayıcıdır, çünki katalizator olaraq bilinən digər bütün fermentlərin gücünü aşmışlar. İndi yalnız, kimyəvi katalizatorların reaksiyaları necə sürətləndirdiyini anlamağa başladıq. Ancaq hələ kimsə onların katalitik güclərini çıxarmanın yanına belə yaxınlaşa bilməmişdir.


Fermentlərin olmaması vəziyyətində sürəcək 1 trilyon illik reaksiya, bir təkamülçü olan Volfendenin buradakı fövqəladəliyi qəbul etməsinə səbəb olmuşdur. Əldə edilən bu böyük ədəd Volfendenin də açıqca ifadə etdiyi kimi heç kimin qavraya bilməyəcəyi bir müddətdir:
Bu ədəd, 'yavaşlıq' mənasında kainatda bildiyimiz bütün dəyərləri bir kənara atdı. (Ferment reaksiyası) katalizə edilməmiş halından 1021 dəfə daha sürətlidir. Bu mövzuda bildiyimiz ən böyük dəyər 1018 idi. Heç kimin qavraya bilməyəcəyi dəyərlərə artıq yaxınlaşmış olduq. (44)
Əgər bir neçə amin turşusunun bir araya gəlməsiylə yaranan bir zülal, 1 trilyon il davam edəcək olan bir reaksiyanı saniyələr içinə sığdıra bilirsə, bunda həqiqi mənada bir fövqəladəlik vardır. Tək bir zülalın reallaşdıra bildiyi bir əməliyyatı, əgər insanların hamısı bir araya gəlib bacara bilmirlərsə, bunun necə reallaşdığını belə tam mənasıyla həll edə bilmirlərsə, bunda insanın açıqca qəbul etməsi lazım olan bir həqiqət vardır. Bunu, Allahdan başqa yarada biləcək heç bir güc yoxdur. Allah bir ayəsində, hər şeyi nizam içində yaratmış olduğunu bildirməkdədir:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

Başqa bir ayədə Allah, bütün varlıqların Öz nəzarətində olduğunu bu şəkildə bildirər:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Əlbəttə Allah, bütün varlıqları yaradan, onlara ən gözəl formanı verən və onları daima Öz idarəsində tutandır. Bu həqiqəti görməməzlikdən gələnlərin, əksinə istiqamətdə gətirə biləcəkləri başqa hər hansı bir şərh yoxdur. Bütün bunların təsadüfən olduğunu iddia etmək, bunları sözdə təkamülün bir möcüzəsi kimi göstərməyə çalışmaq, bu əhəmiyyətli həqiqəti dəyişdirməyəcək. Bu iddialarda olanlar da, qarşı-qarşıya olduqları fövqəladəliyin açıqca fərqindədirlər. Təsadüflər, bir canlını ortaya çıxara bilməzlər. Bir canlının tək bir hüceyrəsini, o hüceyrədə vəzifə yerinə yetirən tək bir fermenti, o fermentin reallaşdırdığı reaksiyalar zəncirini meydana gətirə bilməzlər. Bunların hamısını Allah yaradar və hər birinin etdiyi iş, Allahın böyüklüyünü və yaratdıqlarındakı mükəmməllikləri göstərər.